​Rusiya 2018-ci ildə üç ölkəni işğal edəcək - MÜHARİBƏ SSENARİLƏRİ

Baxış sayı:
1000

2018-ci ildə Rusiya Baltikyanı ölkələri - Litva, Latviya və Estoniyanı tutmağa çalışa bilər.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” jurnalı bildirib.
Nəşr “RAND Corporation” analitik şirkətin məlumatlarına istinadən bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.
 “Bu üç ölkənin əhalisinin sayı 6,2 milyon nəfərdir. Təxminən 22 min əsgərləri, 450 artilleriya qurğuları var. Tank və ya təyyarələri yoxdur. Rusiya 845 min hərbçi, təkcə Qərb sərhədində 300 min hərbçi, 2600 tank, 5500 artilleriya topu və 1400 döyüş təyyarəsi toplaya bilər. Rusiya ilə adi münaqişənin planlaşdırılması mənasız olardı”, - məqalənin müəllifi Mixail Pek qeyd edib.
O vurğulayıb ki, Moskva üçün belə hərbi əməliyyat çox resurs sərf etmədən və ildırım sürətli baş tuta bilər. Məqalənin müəllifi Baltikyanı ölkələrə sakinlərini partizan müharibəsinə hazırlamağı məsləhət görür. Çünki, onun fikrincə, hərbi müqavimət mənasız olacaq.
Eyni zamanda, Mixail Pek hesab edir ki, rusiyalılarla belə mübarizə də uğrusuzluqla nəticələnə bilər. Onun fikrincə, rusmeylli əhali işğalçıların könüllü müttəfiqi ola bilər.
“RAND Corporation”dan olan iki tədqiqatçının sözlərinə görə, Estoniya, Latviya və Litva müharibəyə başlayacaqsa, mülki əhali bu müharibədə böyük rol oynayacaq.