​Rus və türk diplomatlar Suriyanı müzakirə etdi

Baxış sayı:
6388

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinlə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın və Türkiyə XİN rəhbərinin müavini Sedat Ünal arasında Suriya böhranının siyasi yolla tənzimlənməsi barədə Ankarada müzakirələr aparılıb.
Muxalifet.az xəbər verir ki, məlumatda diplomatların Dumadakı vəziyyəti, İdlibdə yaşanan böhranı və BMT-nin 2254 saylı qətnaməsindən irəli gələn məsələlərlə bağlı öhdəlikləri müzakirə etdikləri bildirilir.