Rus sualtı gəmilərini izləyəcəkdilər: Kokainlə yaxalandılar

Baxış sayı:
12175

“HMS Talent” adlı İngilis nüvə sualtı gəmisinin heyətindən 7 nəfərin kokain istifadə etdiyi müəyyən edilib.
 
Şimal Dənizi və Şimal Qütb Dairəsi ərazisində, Rus sualtı gəmilərini izləmək vəzifəsini yerinə yetirən “HMS Talent” gəmisinin ekipajı kokain istifadə edərkən yaxalanıb. Bundan sonra heyət üzvləri qovulub və nəticə etibar ilə Kral Donanmasına məxsus atom sualtı gəmisi Rusiya sualtı gəmilərini izləmək vəzifəsini yerinə yetirə bilməyib.
Təxminən bir həftə gecikən sualtı gəminin yeni vəzifəyə başlaması üçün bütün personalın hazır olması lazım idi.
Sualtı gəmi “Davenport” Donanma Bazasına gəldikdən sonra narkotiklərin da istifadə edildiyi bir məclisdə iştirak edən dənizçilər, ertəsi gün səhər xidmətə çıxmadan əvvəl keçirilən məcburi testlərdən keçə bilməyib.
 
BÖYÜK BİABIRÇILIQ
 
Məsələ haqqında danışan bir donanma mənbəyi, “Yüksək rütbəli zabitlər üçün böyük utancdır. Dənizçilərin dənizdəki çox ustalıq tələb edən və çox həssas vəzifələri yerinə yetirmələri üçün tərbiyə edilmələri illər tələb edəcək və donanma bir gecəlik axmaqlıq ucbatından 7 nəfəri itirdi" deyib.
 
KRAL DONANMASI RÜTBƏLƏRİNİ AÇIQLAMADI
 
Qeyd edək ki, “HMS Talent” sualtı gəmisi 20-si zabit olmaqla, 120-130 civarında ekipaj ilə çıxış edir. Kral donanması sözügedən yeddi dənizçinin rütbələri barədə məlumat verməyi rədd edib.
Müxalifət.az