​Rus KİV-i Lütfi Zadəni “dahi erməni alimi” adlandırdı

Baxış sayı:
5617

SMİ2 informasiya saytında azərbaycanlı alim “dahi erməni alimi - müasir Eynşteyn” kimi təqdim olunub

Rusiyanın SMİ2 informasiya saytının dünənki buraxılışında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Ələsgərzadə) “dahi erməni alimi” adlandırılıb.
Bu haqda Muxalifet.az-a oxucumuz Y.R.Nəcəfov tərəfindən məlumat verilib. Onun sözlərinə görə, Lütfi Zadə barədə məqalənin başlığında onun “dahi erməni alimi - müasir Eynşteyn olması” yazılıb.
“Bunun təsadüfi yanlış olmadığı, deza olduğu aşkardır, məncə. Bu dezanı cavabsız, təpkisiz qoymayacağınıza ümid edirəm” – deyə oxucumuz yazır.
Qeyd edək ki, sözegedən məqaləni axtarmaq üçün internetdə araşdırma aparsaq da, bu barədə heç bir fakt əldə etmədik. Əlbəttə, bu heç də belə bir təxribatın olmadığı anlamına gəlmir. Çox güman ki, sonradan həmin yazı ya saytdan silinib, ya da məqaləyə düzəliş edilib.
Onu da qeyd edək ki, müxtəlif rus saytlarında Lütfi Zadə haqqında “Лютфи Заде: современный Эйнштейн или человек-наследие” sərlövhəli yazılara rast gəldik. Onlardan birini oxucularımıza təqdim edirik:
http://dlmn.info/ru/lyutfi-zade-sovremennyy-eynshteyn-ili-chelovek-nasledie/
 
Muxalifet.az