Rus iqtisadiyyatı üçün qorxulu xəbərdarlıq! "Yeni “şoklar” baş verə bilər

Baxış sayı:
7279

 Rusiyanın Palata sədri Aleksey Kudrin ABŞ-ın yeni mümkün sanksiyaları səbəbindən Rus iqtisadiyyatında yeni" şoklar" baş verəcəyi barədə xəbərdarlıq edib.
 
Aleksey Kudrin bu sözləri paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirib.
Rusiya iqtisadiyyatının ABŞ-ın mövcud sanksiyalarına uyğunlaşdığını bildirən Kudrin, "Təəssüf ki, yeni mümkün sanksiyalar yeni “şoklara” təkan verəcək və yeni uyğunluq səyləri tələb edəcək" deyib.
Kudrin ABŞ-ın sanksiyaları səbəbindən Rusiyanın çətinliklər yaşadığına işarə edərək, “Keçən il Rus şirkətlərə qarşı sanksiyalar yalnız bazarı deyil, investorlara da əhəmiyyətli dərəcədə təsir etdi. Bu şok edici bir təsir deyildi, ancaq investisiyalar və iqtisadi artım baxımından yetərsiz qalırıq. Böyümə nisbətlərini qlobal hesablamanın üzərinə çıxarmaq üçün müəyyənləşdirdiyimiz hədəflərə çatmaq çətinləşir" deyib.
Qeyd edək ki, Rus bankçılıq, enerji sektoru və Rusiyanın dövlət borclarını hədəf alan yeni sanksiyalarla bağlı layihə ötən həftə ABŞ Senatına təqdim olunub.
Müxalifət.az