​Rus hərbi bazasını çəkmək istəyən türk saxlanıldı – İddia

Baxış sayı:
3091

Türkiyə vətəndaşı Ermənistan sərhədlərini keçərkən saxlanılıb. Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İddia edilir ki, o, Rusiyanın hərbi bazasının (102-ci) yerləşdiyi Gümrü şəhərinə keçməyə cəhd edib. Saxlanılan şəxsin üzərindən axtarış zamanı mobil telefonundan Ermənistan – Türkiyə sərhədindəki mühəndislik qurğularının foto və video faylları aşkar edilib. Erməni mənbələr Türkiyə vətəndaşının Gümrüdəki rus hərbi bazası ətrafında müşahidə aparmaq niyyətində olduğunu da iddia edirlər.