​RUS GENERAL: Rusiya zarafat etmir, nüvə zərbəsi ola bilər

Baxış sayı:
3430

Rusiya-ABŞ münasibətlərindəki hazırkı situasiya Soyuq müharibə dövründən daha pisdir.
Bunu Amerikanın “Nəşinəl İnterest” jurnalına müsahibəsində Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yevgeni Bujinski deyib.
“Hər zaman deyirəm ki, indiki situasiya daha pisdir. Soyuq müharibə zamanı hər şey aydın idi. İdeoloji qarşıdurma var idi, amma müəyyən həqiqətlər, xətlər də var idi ki, onu keçmək olmazdı. Tərəflər arasında qarşıdurma nüvə silahının tətbiqi ilə başa çatacaq”, – deyə o bildirib.
Bujinski Rusiyanın Amerika raketlərinə cavab zərbəsi endirəcəyi ilə bağlı bəyanatların zarafat olmadığını deyib.