​RUS GENERAL HELİKOPTER QƏZASINDA ÖLDÜ

Baxış sayı:
6727

Rusiyanın Xabarovsk vilayətində şəxsi helikopter sərt eniş etməyə məcbur olub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Sərt eniş nəticəsində bir nəfər ürək tutmasından vəfat edib. Onun Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş general-polkovniki olduğu bildirilib. 1946-cı il təvıllüdlü general sonra “Sibur” şirkətində çalışıb.
Qeyd edək ki, helikopter yerə endikdən sonra yanaraq məhv olub. Helikopterdə olan digər iki nəfər isə xəstəxanaya çatdırılıb.