Rus-erməni vahid ordusu Qarabağa girə bilərmi?

Ermənistan-Rusiya vahid hava hücumundan müdafiə sisteminə Ermənistanın Baş Qərargah rəisi Movses Akopyan rəhbərlik edəcək.
 
Bunu Ermənistan parlamentində çıxışı zamanı Ermənistan Müdafiə nazirinin müavini Artak Zakaryan söyləyib. Nazir müavini deputatlardan birinin “bu sistem rus sülhməramlılarının Qarabağa gətirilməsinə səbəb olacaqmı?” sualına “yox” cavabı verib:
“Vahid hava hücumundan müdafiə sistemi haqqında müqavilə Dağlıq Qarabağın müdafiəsinə aid deyil. Yəni onun Dağlıq Qarabağa aidiyyəti yoxdur. Bu müqavilə yalnız Ermənistanın dövlət sərhədlərinə aiddir. İndiki şəraitdə Ermənistanla əməkdaşlıq Rusiya üçün sərfəlidir. Bizim üçün də bu sərfəlidir”.