RUS-ERMƏNİ BİRLİYİNƏ QARŞI BÖYÜK TÜRK BİRLİYİ... – Təhlil

Baxış sayı:
1735

Redaksiyadan: Sabiq prokuror Məmmədxan Əzizxanlı Muxalifet.az saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət edərək, Qarabağ problemi ilə bağlı öz təklif və düşüncələrini açıqlayıb. Müəllifin yazısını olduğu kimi dərc edirik:
Cənab Prezident!
Ümumi işimizə xeyir verə biləcəyim ümidilə Sizə müraciət edirəm.
Qarabağda pasport rejimi həyata keçirilməlidir. Bunlar hüquq-mühafizə orqanları əməkdaşları sırasından – peşəkarlığı, etnik kimliyi, qanunlarımıza sədaqətliliyi nəzərə alınmaqla, seçilməlidir. Bu əməliyyat hər yerdə eyni vaxtda qəfil başlamalı və fasiləsiz sona çatdırılmalıdır. Əməliyyata ölkənin peşəkar hüquqçu və əməliyyatçıları cəlb edilməlidir. Hüquqi baxımdan heç kim bu əməliyyatın keçirilməsinə mane ola bilməz.
1. Ərazidə pasport rejimi tam ciddiyyətlə yoxlanılmalıdır - 1988-ci ilədək Qarabağda  yaşamış Azərbaycan vətəndaşı olan ermənilər və onların törəmələri müəyyənləşdirilməli, Azərbaycan vətəndaşı olaraq qalmaq istəyənlər qanunun himayəsi altına alınmaqla saxlanılmalı, vətəndaşımız olmaq istəməyənlər və qarabağlı olmayan, işğaldan qabaq və ya sonra qanunsuz qeydiyyata alınanlar, məskunlaşdırılanlar  isə, əgər cinayət törətməmişlərsə istədikləri və ya gəldikləri ölkəyə deportasiya olunmalı, yox cinayət törətmişlərsə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
2. Kriminogen vəziyyət haqqında - əhalinin ələnməsi (filtirasiya) keçirilməli, axtarışda olanların, separatçıların, yəni Azərbaycan xalqının iradəsindən irəli gəlməyən, ermənilərin qondarma müstəqilliyi uğrunda  bizə qarşı çalışan, döyüşən cinayətkarların  aşkarlanıb, cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir.
3. Ermənilər yaşayan ərazidə Azərbaycan dövlət qurumları bərpa və fəaliyyətləri təmin edilməlidir. Bu vəzifələrə savadlı və vətənpərvər kadrlar təyin edilməlidir.
4. Azərbaycanlı məcburi köçkünlər öz törəmələri ilə birlikdə, təhlükəsizlikləri təmin edilməklə  öz yurdlarına qaytarılmalıdır.
5. Nəzərə alaraq ki, erməni quldurları, rusların yardımı ilə 1905, 1917-20, 1948-53, 1988-94-cü illərdə soydaşlarımızı öldürməklə, qovmaqla onları öz elində etnik təmizləməyə məruz qoyaraq, öz yurdlarında  təbii yaşam və artımlarının qarşısını almışlar - sabitləşmədən sonra, azı iki milyon vətəndaşımız Qarabağda məskunlaşdırılmaqla, törədilmiş soyqırım nəticəsində süni çatışmazlıq, tarixi ədalət bərpa edilməlidir. Bu iqtisadi maraqlandırma üsulu ilə uğurla edilə bilər.
6. Bundan sonra ermənilərin kompakt yaşamalarının qarşısı alınmalıdır. Çünki onlar bu təbii birliklərindən daim xəyanətkarcasına bizim xalqın haqqını mənimsəmək üçün istifadə edirlər.
7. Ermənilərlə danışıqlarda bizim torpaqları alver vasitəsi etmək məqsədilə, onların havadarları tərəfindən bizə sırınmaqla işlədilən – “ayrıca status”, “dəhliz” və “imtiyaz” anlayışları, əslində onların ”müstəsnalıqlarını”, guya “seçmə xalq” olmalarını vurğuladığından, ləğv edilməli, ermənilər də başqa xalqlar kimi eyni, hamıyla bərabər (buna layiq olmasalar da) hüquqla yaşamalıdırlar. Biz torpaqları döyüşlə aldığımızdan, artıq keçmişdə qalan danışıq şərtlərini bu günkü reallıqlarla əvəzləmişik, onları reanimasiya etmək istəyənlər bizim düşmənlər, onların Fransada, ABŞ-da və Rusiyadakı xristian təəssübkeşləridir. Bu günkü reallıqda isə, hansısa statusdan, üstünlükdən söhbət getmir və getməməlidir də, bu cür danışanların və fəaliyyət göstərmək istəyənlərin anındaca cavabı verilməlidir.
Bu gün Azərbaycan vətəndaşlığını qəbul edən və Qarabağda yaşamaq istəyən ermənilərdən söhbət gedə bilər ki, onlar da  başqa ölkələrdə olduğu kimi hamıyla birgə yaşamalıdır. Bunlar üçün ayrıca status, dəhliz, imtiyazlar, fərqli yaşam tərzi hansı zərurətdən irəli gəlir və niyə gəlməlidir? Biz, son 115 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, xarabalıqlarımızın əvəzinə görəmi?.. Qarabağda yaşayan 60-70 minlik erməniyə üstünlüklər verməliyik?.. Bu cür ədalətsizlik bizim üçün əskiklik olmazdımı?..
8. Xarici ölkələrin, hüquqi və fiziki şəxslərin  Azərbaycan qanunlarından yan keçilməklə,  Qarabağ  ermənilərilə  birbaşa əlaqə saxlama, humanitar adı altında birbaşa yardımla qanunsuz rejimi legitimləşdirmə cəhdlərinin qarşısı alınmalı və dövlətimizin həmin subyektlərlə qarşılıqlı münasibətlərinə yenidən baxılmalıdır.
Əgər qarşı tərəflər, yəni Ermənistan və Rusiya 10.11.2020-ci il tarixli üçtərəfli atəşkəs Bəyanatının 4-cü bəndində nəzərdə tutulduğu kimi, 01.12.2020-ci il tarixədək, erməni hərbçilərinin Qarabağdan çıxarılmasını təmin etməli olduqları halda, bunu etmirlərsə, əksinə Xankəndində, Xocavənddə, Hadrutda, Ağdərədə guya bunlara tabe olmamaları adıyla bu günədək erməni qoşunlarını saxlayırlarsa və hələ üstəlik dinc sakin adıyla Xankəndinə erməni hərbçiləri gətirirlərsə, rusun qoruduğu  erməni əsgərləri bizim əsgərləri öldürürsə və biz də erməni terrorçusunu yerindəcə öldürmədən, müharibə qurtarmamış, sanki yenidən üstümüzə gəlməsi üçün (?!) əsir kimi qaytarırıqsa, rus “sülhməramlıları” yerli hakimiyyət orqanı funksyasını yerinə yetirməklə səlahiyyət həddini aşaraq, Şuşkənddə bizim torpağı ermənilərə öz dədəsinin torpağı kimi paylayırsa, qanunsuz, öhdəliyindən kənar faktiki hərbi baza yaradırsa, əsaslı tikinti aparırsa, barəsində ağır ittihamlı cinayət işi ilə axtarışda olanlar, o cümlədən Araik Artyunyan “prezdent” kimi çox arxayın, bizim əsgərləri öldürən separatçı erməni əsgərlərinə medal paylayır, onları yenidən üstümüzə göndərmək üçün təşkilatlandırır, ruslarla rəsmi görüşlər keçirir, onları mükafatlandırırsa, bir sözlə rus himayəsi altında cinayətkar rejimin fəaliyyətini davam etdirilməklə özünü legitimləşdirməyə çalışırsa, “DQR”-in “Təhlükəsizlik Şurası”nın cinayətkar katibi Vitali Balasanyan öz İctimai Televizyasına “...Amma biz məğlub olmamışıq, diz çökməmişik, indi Azərbaycan hansı vəziyyətdədir; mötərizə açmaq istəmirəm və hansı vəziyyətdə olacağını görəcəyik”, - revanşist məqsədini deyirsə, DQ-ın işğaldan qurtarılmış iki (Şuşa və Hadrut) rayonunu da bizdən geri alacaqlarını (çünki Xankəndi, Xocavənd və Ağdərəni öz əllərində sayırlar) bildirirsə, ardınca srağagün Hadrutda təkrar 2 əsgərimizin ölümü və 5 əsgərimizin yaralanması ilə nəticələnən terror aktı törədirsə və belə getsə hələ bundan sonra nələr törədəcəklərinə biz də əvvəlkitək, keçən 32 ildə olduğu kimi məsuliyyətsizcəsinə tamaşa etməliyik, yoxsa bu özbaşnalıqlara ağılla, yerindəcə, yubanmadan son verməliyik?...

Qarabağ Vətən müharibəsində qoşun növlərinin gördükləri iş bir daha göstərdi ki, əgər biz gələcək döyüşlərdə daha az əsgər və texnika itkisinə nail olmaq istəyiriksə, ən müasir texnikaya malik olmaqla yanaşı, peşəkar hərbçilərin, xüsusi təyinatlıların sayını azı beş dəfə artırmalıyıq. Şəhid ailələrinə, yaralılara və qazilərə dövlətin ömürlük ödəməli olduğu müavinətlərin sayını və həcmini (fərdi məbləği azaltmadan) azaltmaq istəyiriksə, hərbi işi daha yaxşı bacaran,  səriştəli döyüşü ilə düşmənə daha çox zərbə vuran, özünü qoruya bilməklə daha az canlı itki verən peşəkar hərbçilərin sayını artırmalıyıq. Elə bil, şəhid ailələrinə, yaralılara və qazilərə sonradan ömürlük ödəniləcək  müavinət xərcindən daha azını, bəri başdan peşəkarların hazırlanmasına sərf etməklə, canlı itkisini azı 3-4 dəfə azaltmaqla, bir o qədər vətəndaşımızı qorumuş, sağlam işçi qüvvəmizi  qazanmış olarıq...
Sadalanan məsələlərə ciddiyyətlə əməl edilməklə icrası yubadılmamalıdır. Əks halda ərazi yenidən qanun pozğunluğunun, cinayətkarların yuvasına çevrilə bilər.
Qarabağda suverenliyimizə zidd, milli qürurumuza toxunan, düşmən Ermənistanın dövlət atributlarının və separatçıların qondarma nişanlarının  dərhal yığışdırılması və qanunlarımızın, dövlət dilimizin işləkliyi bütün sahələrdə təmin edilməli və erməni-rus işbirliyinə son qoyulmalıdır.
Ümumiyyətlə, yəqin siz çoxumuzdan daha yaxşı bilir və bunu nəzərə almaqla hazırlaşırsız ki, Qarabağda, onun ətrafında daha ağır müharibə hələ qabaqda gözləniləndir... Bu müharibədə qalib gəlmək üçünsə işimiz böyük türk birliyindən keçir... Biz bu birliyi qurmalı və onun əsgəri olmağa hazır olmalıyıq. Bu məqsədlə mən Sizə “Turan Dövlətinin Anayasası”nı göndərmişəm.
Biz, varlığımızı qorumaq üçün  çoxumuzun anladığı məlum rus reallığı səbəbindən başa çatmamış,  döyüş fazasından - təmizlənmə, yenidən qurma mərhələsinə keçmiş ümummilli mübarizədə  Millət-Ordu olaraq daim dövlətimizin yanında olmalıyıq.
Məmmədxan  Əzizxanlı,
hüquqçu, sabiq prokuror, əmək veteranı