Rus ekspertdən çarpıcı şərh: TÜRKİYƏ HAZIRDIR!

Baxış sayı:
5611

Rus hərbi ekspert İqor Korotçenko Türkiyənin Qərb tərəfdaşlarının tənqidlərinə baxmayaraq, rus hava müdafiə sistemi S-400-ü almaq niyyətinin, təhlükəsizlik sahəsindəki müstəqilliyini müdafiə etməyə hazır olduğunu göstərdiyini bildirib.
 
“Natsionalnaya Oborona” jurnalının baş redaktoru Korotçenko, “Russia Today” televiziyasına (RT) verdiyi açıqlamada, "Rusiyadan belə bir silahın alınması, Türkiyə üçün yeni geosiyasi statusun qazanılması deməkdir. Türkiyə, hərbi mənada öz hava məkanını tam nəzarət edə və lazım gələrsə, təcavüzkarlara qarşı bu silahı istifadə edə biləcək seçkin ölkə olacaq" deyə, bildirib.
Ankaranın Vaşinqtona baxmadan hərəkət etmək niyyətində olduğunu və buna görə hər tərəfli təzyiqə məruz qaldığını dilə gətirən Rus mütəxəssis, "S-400-ün ömrünün 30 il olduğunu anlamaq mühümdür. Yəni Türkiyə şüurlu olaraq növbəti 30 il üçün Rusiyaya yaxınlaşmaqdan yana seçim edib", -deyib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya ilə S-400 müqaviləsi üçün kimdən icazə almayacaqlarını açıqlamışdı.

Müxalifət.az