"Rus dilini zibilliyə ata bilərsiniz" - Trofimçuk

Rus dili artıq heç kimə lazım deyil.
 
Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb.
“Nə vaxtsa dünyanın yarısını əhatə edən rus dili indi heç kimə lazım deyil. Rusiyadan kənara çıxan kimi siz onu zibilliyə ata bilərsiniz. Puşkin, Çexov, Tolstoy sizə artıq heç vaxt yardım etməyəcək. Qorbaçovdan başlayaraq, hər kəsə təşəkkür edirəm. Rusiyalılar indi öz övladlarına təkcə ingilis dilini öyrətməlidirlər ki, onların üzlərinə sonradan heç yerdə tüpürməsinlər. Özünüzün böyük rus dilinizlə siz ingilis dilini öyrənmədən artıq hər yerdə axmaqsınız. Britaniya imperiyası çökdü, amma onun dili öz təsirini genişləndirdi. SSRİ süqut etdi və onun dili də özü ilə bərabər həlak oldu”, – deyə o bildirib.