Rus deputat: Ərdoğanı ÖRNƏK ALMAQ LAZIMDIR

Baxış sayı:
5908

Rusiya parlamentinin alt qanadı Duma Müdafiə Komissiyası sədrinin müavini Aleksandr Şerin, milli maraqların qorunması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mübarizəsinin nümunə götürülməsinin lazım olduğunu qeyd edib.
 
Rus rəsmi televiziyası kanal – 1-in canlı yayım proqramında danışan deputat Şerin, ABŞ-ın Rusiyanı hədəf adığına işarə edib.
 
ƏRDOĞAN KİMİ MÜBARİZƏ ETƏSƏK ABŞ-ı OYUNDAN KƏNAR EDƏ BİLMƏRİK
 
Rus deputat, "Sanksiyalarla ən yaxşı şəkildə mübarizə etmək üçün öz iqtisadiyyat və pulumuzu da gücləndirmək lazımdır. Xatırlatmağım lazımdır ki, bəzi ölkələr Rusiyanı ticari tərəfdaş kimi itirmək istəmir. Amerika "zərbə vurmaq" üçün 2 ölkə düşünürdü: Suriya və Şimali Koreya. Və ABŞ Rusiyanın bazaları yerləşdiyi Suriyaya üstünlük verdi. ABŞ-ın sanksiyaları daha da artacaq. Əgər Ərdoğan kimi mübarizə aparmasaq, ABŞ-ı oyundan kənar etməyimiz çətin olacaq. Ərdoğan dövlət çevrilişi cəhdini edənlərə qarşı sərt şəkildə mübarizə aparır. Maraqlarımızı qorumaq üçün Ərdoğanın bu sərt mübarizəsini örnək almağımız lazımdır. Əgər biz də ABŞ və onun tərəfdaşlarına qarşı belə bir mübarizə etsək Vaşinqton sakitləşər" deyib.
Qeyd edək ki, Şerin daha əvvəl Hava Desantları Birliyində kapitan rütbəsində xidmət edib.
Müxalifət.az