Ruhi xəstəxanada yanğın: 6 nəfər ölüb

Baxış sayı:
11269

Ukraynada ruhi xəstəxanada baş verən yanğın zamanı 6 nəfər ölüb. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın axşam saatlarında Odessada yerləşən ruhi xəstəxanada baş verib. Yanğın zamanı binada olan 15 nəfərdən 4-ü hadisə yerində ölüb. Ağır yaralı olan 6 nəfərdən 2-si isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri tibb bacısı, digərləri xəstəxanada müalicə alan xəstələrdir. Polisin verdiyi məlumata əsasən, yanğın baş verən zaman binada 48 xəstə və 3 tibbi işçisi olub. Yanğının səbəbləri araşdırılır.