Ruhi və əsəb pozğunluğu yaşayan müğənni xəstəxanaya yerləşdirildi

Baxış sayı:
3769

Ruhi, əsəb və digər psixoloji problemləri olan Selena Qomez xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb müğənninin uzun müddət sevgili olduğu, hətta evlənməyə hazırlaşdığı Castin Biberin bu yaxınlarda məşhur model Heyli Bolduinlə gözlənilmədən evlənməsi olub. İddialara görə, gənc müğənni ötən ay həftə ərzində iki dəfə xəstəxanaya aparılıb. Los-Ancelesdə tibb mərkəzinə yatırılan 26 yaşlı ulduzun analizləri nəticəsində məlum olub ki, leykosit sayı aşağı düşüb.
Məlumat üçün bildirək ki, müğənniyə keçən il böyrək köçürülüb. Mənbələrin sözlərinə görə, eks-sevgilisinin qəfil evlilik qərarı və yaşadığı sarsıntılar müğənninin səhhətinə pis təsir edib.
Ulduzun yaxınları bildirib ki, Selenaya "Panik-atak” diaqnozu qoyulub və ciddi müalicə yazılıb. Başqa bir məlumata əsasən, Selena Qomez keçmişdə dialektik davranış terapiyası alıb və bu xəstəlik yenidən şiddətlənib. Sözügedən xəstəlik zamanı xəstədə özünə zərər vermək halları, intihara təşəbbüs, depressiya, işthasızlıq və travma sonradan ağır stress kimi bir sıra ruhi sağlamlıq problemləri müşahidə olunur.