Ruhanidən ABŞ-a sanksiya təpkisi

Baxış sayı:
4870

İran prezidenti Həsən Ruhani, ABŞ-ın sanksiya qərarından sonra verdiyi açıqlamada, "İran, dünya və regional aktyorlarla Orta Şərqdə sülhü təmin etmək məqsədilə münasibətlərini inkişaf etdirmək istəyir" deyə, bildirib.
 
Həsən Ruhani, ABŞ və Donald Trampa dürüstlük çağırışı edib. Ruhani dünyanın və digər regional güclərin dəstəyini istəyərək Orta Şərqdə sülhə çağırıb.
 
ABŞ-ın SANKSİYALARINI TƏNQİD ETDİ
 
Ruhani, “Reyters”-də yer alan çıxışlarında ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları tənqid edib.
Ruhani, "Biz hər zaman diplomatiya və danışmağa üstünlük verdik, ancaq danışmaq dürüstlük istəyir. ABŞ, İran ilə nüvə müqaviləsindən çəkildikdən və sanksiyalar tətbiq olunduqdan sonra bizimlə görüşmək istəyir. Trampın danışıq istəyi yalnız Amerika seçkiləri və İranda xaos yaratmaq üçündür" deyə, açıqlama edib.
Müxalifət.az