​Ruhani: Bilirəm, bundan xəbərim var

Baxış sayı:
862

ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara və bunun nəticəsində yaranmış iqtisadi problemlərə gəlincə, hesab edirəm ki, biz çətinliklərin qarşısında təslim olmamalı, bir-birimizi tənqid etmək əvəzinə dəstəkləməli, yardım etməliyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"Bilirəm ki, vətəndaşların durumu və güzəranı ağırdır. Bundan xəbərim var. Məhz buna görə də düşünürəm ki, ölkəyə hakim bu ağır iqtisadi durumdan qurtarmaq üçün bir-birimizin yanında olmalıyıq”, - Ruhani bildirib.