Rüfət Aslanlı işdən niyə çıxarıldı? – İKİHAKİMİYYƏTLİLİK, YOXSA...

Və yaxud “dərman mafiyası”nın şok gizlinləri: Oqtay Şirəliyevin adamı niyə həbs olundu?

Baxış sayı:
10987

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 01-07 oktyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlı oldu. Onun barəsində “Palatada Direktorlar Şurası ləğv olundu - RÜFƏT ASLANLI VƏZİFƏSİNİ İTİRDİ”, “Prezident Rüfət Aslanlının sədr olduğu Direktorlar Şurasını ləğv edib”, “Rüfət Aslanlı səlahiyyətini itirdi - Palatada söz sahibi kim olacaq? + Fərmanın detalları”, “Rüfət Aslanlı vəzifəsini itirdi”, “Rüfət Aslanlı işdən niyə çıxarıldı? - "İkihakimiyyətlilik hökm sürürdü"”, “Rüfət Aslanlı niyə "vuruldu"? - GƏLİŞMƏ” başlıqlı 6 məqalə ümumilikdə 19 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri səhiyyə naziri Oqtay Şirəliyev “Oqtay Şirəliyevin adamı həbs olundu: “Dərman mafiyası”nın şok gizlinləri”, “Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi” başlıqlı 2 məqalənin 17 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Azərbaycanlı nazir övladları harada çalışırlar? - SİYAHI”, “Nazirə güvənən məmur üsyana niyə səbəb olur? - Məmur israrından geri çəkilmir”, “Baş nazir olmaq istəyirdi... - Adamları da quldur dəstəsini xatırladır…”, “Samir Şərifovun işçiləri haqda ŞOK İDDİALAR – Maliyyə naziri üsyana zəmin yaradır…”, “Şəmkirdə nə baş verir? - İTTİHAM”, “PostAslanlı dönəminin "Qordi düyünü": İntriqalar yerini kompromisə verəcəkmi...?” başlıqlı 5 məqalənin 13 elektron KİV-də yayılması ilə maliyyə naziri Samir Şərifov tutur. “Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun” – DEPUTATDAN ŞOK AÇIQLAMA Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri ““Sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir” – Millət vəkili”, “Deputat: Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə deputat Hikmət Babaoğlu tutur. Mətbuatda ən çox ad hallanan Milli Məclisin deputatları arasında 2-ci yeri deputat Əsabil Qasımov ““Un kralı”nın pilot layihəsi “reyder” layihəsinə çevrilib” başlıqlı məqalənin 4 elektron KİV-də yayılması ilə tutur. Muxalifet.az