RƏSUL QULİYEVLƏ BAĞLI MARAQLI VİDEO YAYILDI – ARXİV

Baxış sayı:
6934

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb.  Azərbaycan televiziyasının arxiv materialı olan həmin videodakılardan biri də eks-spiker Rəsul Quliyevdir.  Musavat.com-un məlumaına görə, təxminən 30-35 il əvvələ aid olan video-süjet tənqidi xarakterlidir və ətraf mühiti çirkləndirən zavod rəhbərliyini hədəfə alıb.

22-ci Qurultay adına zavodu isə  həmin vaxt baş mühəndisin təbiəti mühafizə üzrə müavini işləyən Rəsul Quliyev təmsil edir.  Videoda gənc Rəsul Quliyevin Yelena Zamaryonova adlı qadının qumbren iddiası qarşısında günahkar kimi dayanaraq və zəif səslə zavodunu müdafiə etməsi dəqqəti çəkir. Həmin süjeti təqdim edirik.