Rəşad İlyasov ilk dəfə “Space”dəki qalmaqaldan danışdı: “Xalqı söymədim, təhqir...”

Baxış sayı:
13339

Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.

Musavat.com saytına açıqlama verən müğənni həmkarı Rüfət Axundovla mahnının sözlərini təhqiramiz ifadələrlə dəyişərək, ifa etməsinə belə aydınlıq gətirib: “Hər şey göz önündədir. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat ictimaiyyət içərisinə çıxdı. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “dütlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.

Rəşad mikrofonu açdırması barədə səsləndirilən iddialara da aydınlıq gətirib: “Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orada dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.