RÖVNƏQ ABDULLAYEVİN “QARA KASSA“SI… - Və yaxud Anar Əliyev qısa müddətdə necə milyonçu oldu?

Baxış sayı:
7208

İllərdir ölkə mediasının gündəmindən düşməyən Anar Əliyev adlı şəxsin kimliyi haqqında yazılar dərc olunur. Onun gizli qalan fəaliyyəti və xaricdəki biznesi hamını düşündürməkdə davam edir. Gənc bir şəxsin Azərbaycan Dövlət Neft Şirkəti ilə 50-yə yaxın sövdələşmədə iştirak etməsi və dünyanın korrupsiya ilə bağlı araşdırmalar aparan təşkilatların siyahısinda adının ilk sıralarda çəkilməsi təsadüf sayıla və ya yanlış ola bilməzdi.

Zaur ABDULƏZİZOV
“SOCAR”-ın gözəgörünməz siması və dövlətin milyonlarını yoxa çıxaran korrupsioner şəxsin dünya mediasında da “qəhrəmana” çevrilməsi və manşetlərdə yer alması suallara cavab tapılmasını şərtə çevirir. Realliq.info olaraq biz Dövlət Neft Şirkəti ilə sazişlərdə adı çəkilən və ölkənin maraqlarına ciddi ziyan vuran şəxsin fəaliyyəti ilə bağlı araşdırmalar apardıq. Bundan sonra saytımızda dərc olunan yazılarla Anar Əliyevin kimliyinə və onun bu günə qədər necə böyük var-dövlət sahibinə çevrilməsinə aydınlıq gətirməyə çalışacağıq.

Anar Əliyev kimdir?

Muxalifet.az mötəbər qaynaqlara istinadən xəbər verir ki, SOCAR Trading SA şirkəti Anar Əlieyvə məxsusdur və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması faktdır. Bildirək ki, Anar Əliyevin adı uzun müddətdir Azərbaycan neft pullarının xaricdə silinməsi, Rövnəq Abdullayevin biznesini idarə etməsi adı ilə mətbuatın gündəmindədir. Onun Rövnəq Abdulayevin dayısı oğlu olduğu və SOCAR-da qardaşının, qohumlarnın yüksək vəzifə sahibi olduğu deyilir.
Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyev London şəhərində aldığı mülklərə milyonlarla dollar xərc çəkib. Və bu milyonlar təbii ki, Azərbaycan xalqından oğurlanmış milyonlardır.

O, qısa zamanda necə milyonçu oldu?

SOCAR Trading SA şirkətinnin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülkü olması faktdır və bu şəxsin qısa zamanda milyonlar sahibinə çevrilməsi şəxsi bacarığı ilə önə çəkilə bilən reallıq deyil. Ötən illərdə 37 Azərbaycan vətəndaşlarının London şəhərində mülk sahibi olması ilə bağlı mətbuatda məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Britaniya hökümətinin antikorrupsiya fəallarının apardığı kampaniyanının nəticəsində Londonda xarici ölkə vətəndaşları tərəfindən ofşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olması açıqlanıb. Britaniya mediası yazır ki, mülkləri açıqlananlar arasında keçmiş sovet respubilkalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alıb.

40 mindən yuxarı offşor şirkət…

Həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. Mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşının olması isə o qədərdə təəccüblü deyil. Çünki ölkə mətbuatında dəfələrlə verilən məlumatlarda qeyd olunub ki, Azərbaycanlı məmur-oliqarxlar Londonda övladlarının, ailə üzvülərinin adlarına qiyməti milyonlarla ölçülən mal-mülk alıblar. Özəl mənbələrdən daxil olan məlumata görə, London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri SOCAR prezidentinin dayısı oğlu Azərbaycan neftinin Amerikada makleri rolunda çıxış edən, əslində isə Azərbaycan neftinin ikinci əldən satışını həyata keçirib, Azərbaycan dövlətinin külli miqdarda ziyan görməsinə səbəb olmaqla yanaşı, özünə milyonlar qazanan, həmçinin SOCAR-ın ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir.
Anar Əliyevin var-dövləti təkcə Londonda milyonluq villaları olması ilə bağlı yazılanlar təşkil etmir. Bu şəxsin digər Avropa ölkələrində də şirkətləri hesabına Azərbaycandan oğurladığı milyonlar hesabına biznes şəbəkəsi yaratdığı qeyd olunur.

Anar Əliyevin erməni dostları kimlərdir?

Apardığımız araşdırmalar zamanı məlum olur ki, Anar Əliyevin ofşor şirkətləri düşmən saydığımız erməni şirkətləri ilə də işbirliyi qurub. Bu şəxsin dövlətin maraqlarını nəzərə almadan, lakin dövlət şirkətinin maliyyəsi hesabına qazandığı dostların sırasına düşmənlərimizi daxil etməsi utandırıcı məqamdır.