Rövnəq Abdullayev kiminlə qohum olur? - MƏŞHUR ALİMİN NƏVƏSİDİR

Baxış sayı:
10135

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin kiminlə ailə qurduğu bəlli olub. Bakupost.az-ın məlumatına görə, SOCAR rəhbəri millət vəkili həmkarı Qənirə Paşayevanın ailəsi ilə qohum olur. Belə ki, R.Abdullayevin gəlini Azərbaycanın tanınmış alimi, "Əməkdar elm xadimi” Qəzənfər Paşayevin qız nəvəsidir. Q.Paşayev millət vəkili Qənirə Paşayevanın da doğma əmisidir. Bildirilir ki, gənc cütlük Bakıda keçirilən qohum toylarının birində tanış olublar.