​Robert Köçəryan Paşinyanı məhkəməyə verdi

Baxış sayı:
4795

Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib. İddia məktubunda şərəf və ləyaqətin qorunması məsələsi yer alıb. Paşinyanın məhz hansı bəyanatının məhkəməyə verilmə səbəbi olduğu bilinmir. Köçəryanın məhkəmədəki nümayəndəsi Ayk Aoumyan bildirib ki, Paşinyanın Fransaya səfəri zamanı səsləndirdiyi bəyanata görə belə bir addım atıblar. Nikol Paşinyan Fransada erməni cəmiyyətinin nümayəndələri ilə görüşdə kəşfiyyat rəhbərlərinin səs yazıları barədə danışıb. Eyni zamanda söhbət zamanı Köçəryanın da adı çəkilib. “Deyir toxunulmazlıq. Toxunulmazlıq nədir? Yəni insanları öldürmək və sonradan mən toxunulmazam demək? Bu harada yazılıb?”, - deyə söhbət zamanı Paşinyan bildirmişdi.