RKK/YPG ilə İŞİD arasında “təhlükəsiz təxliyə” bazarlığı

Baxış sayı:
6460

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor bölgəsindəki xarici İŞİD-çıları təslim olma və əllərindəki YPG/PKK-lı əsirləri geri vermək şərtilə İdlibə keçirmək üçün təşkilatla bazarlıq edir.
 
Yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və Deyrizorun Bagoz mahalında mühasirəyə aldığı əcnəbi əsilli İŞİD-çılar arasında bazarlıq edilir.
YPG/PKK xarici İŞİD-çılar və ailələrinə təslim olma və əsir saxlanılan YPG/PKK-lıları azad edilməsi müqabilində, İdlibə təhlükəsiz keçid zəmanəti verir.
Ancaq Ərəb mənşəli bəzi İÇİD-çıların İraqa keçmək istəməsi iki terror təşkilatı arasında münaqişəyə yol açır.
YPG/PKK İraqa keçid barədə hələ ki, dəqiq bir mövqe almadığı üçün alternativ olaraq Xümsün səhra bölgəsindəki sahəyə keçidi təklif edir.
 
ASO-dan təpki
 
ASO damı altında Milli Azadlıq Cəbhəsi birliklərindən Ceyşül Nasir Ordusunun sözçüsü Məhəmməd Rəşid, Anadolu Agentliyinə verdiyi açıqlamada, "Sahədə fəal müxalif bir qrup olaraq aldığımız məlumatlara görə, Deyrizor bölgəsində yerləşən Bagoz mahalında qalan terror təşkilatı İŞİD ünsürləri PKK ilə razılaşıb, İdlibdəki müxalif qrupların təmas nöqtələrinə gətiriləcəkmiş. Əgər belə bir anlaşma olarsa İŞİD-çı terrorçular ilə qarşıdurmaya və torpaqlarımızı müdafiə edib qorumağa hazırıq" deyə söyləyib.
Müxalifət.az