Riki Martin Yeni Zelandiyadakı terrordan yazdı: Müsəlman...

Baxış sayı:
21718

Dünyaca məşhur müğənni Riki Martin Yeni Zelandiyada müsəlmanlara qarşı baş vermiş terror aktını törədən şəxsin dünya mətbuatında terrorçu adlandırılmamısına etiraz edib. Muxalifet.az xəbər verir ki, müğənni bu barədə İnstaqram hesabında yazıb. "40-dan çox müsəlmanı öldürən və 20 nəfəri ağır yaralayan adam. Bütün beynəlxalq mətbuat onu “atıcı” və “ekstremist” adlandırır, amma "terrorçu" demirlər. Niyə? Çünki o, müsəlman deyil",- müğənni bildirib. Qeyd edək ki, dünən cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri adlandırıb.