​RF səfirliyi Azərbaycanda saxlanılan rusiyalı alim barədə

Baxış sayı:
2017

Rusiya səfirliyi Azərbaycanda saxlanılan vətəndaşı Dmitri Çulkov barədə yerli hakimiyyət tərəfindən məlumatlandırılıb, onun yaxın zamanlarda vətəninə qaytarılması üçün tədbirlər görülür.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə səfirliyin rəsmi nümayəndəsi Denis Apaşkin deyib.
“Hadisə barədə Çulkovun yaxın qohumlarına da məlumat verilib”, - D.Apaşkin əlavə edib.
Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi işçisi Dmitri Çulkov yanvarın əvvəlində Azərbaycan turist kimi gəlib. Cəbhə xəttinə səfərdən sonra onunla əlaqə itib. 
D. Çulkovun anası qeyd edib ki, o, şənbə günü yaxınları ilə əlaqə yaradıb.