​Rezidenturaya qəbul olunmaq istəyənlərin - Diqqətinə

Baxış sayı:
7291

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi bu gün saat 23.59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiqləməlidirlər.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiqləməyənlər müsabiqəyə buraxılmayacaqlar.