Reyqan BMT-dəki Afrika nümayəndə heyətinə “meymun” deyib - ŞOK SƏS YAZISI

Baxış sayı:
19624

ABŞ-ın eks-prezidenti Ronald Reyqanın Birləşmiş Millətlər Təşkilatındakı afrikalı nümayəndə heyəti barədə “meymun” dediyi ortaya çıxıb. 

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, bununla bağlı ortaya səs yazıları çıxıb. Reyqan 1971-ci ildə Kaliforniya ştat rəhbəri ilə telefon danışığında aşağıdakıları deyib: “Bu Afrika ölkələrindən gələn meymunlara baxıram, lənət olsun onlara... Hələ də ayaqqabılarının içində rahat ola bilmirlər”.

ABŞ-da çıxan “The Atlantic” jurnalının xəbərinə görə, Reyqan bu ifadələri daha sonra prezident Riçard Niksonla telefon danışığında da təkrarlayıb.

Reyqan Taylandın BMT üzvlüyündən çıxarılması istiqamətində səs verən afrikalı nümayəndə heyəti üzvlərinə qəzəblənib və irqçi ifadələrdən istifadə edib. Növbəti gün Niksona zəng edən Reyqan səsverməni televiziyadan izlədiyini deyib və afrikalı nümayəndə heyətini “meymunlar” adlandırıb. Nikson isə bu ifadələrə gülərək qarşılıq verib.

Telefon danışığının səs yazısı Nyu-York Universitetindəki tarix fakültəsinin müəllimlərindən olan professor Tim Naftali tərəfindən ortaya çıxarılıb.

Nixon

                                        Riçard Nikson

Naftali 2007 – 2011-ci illərdə Nikson kitabxanasının direktorluğunu həyata keçirib. Tarixçi akademikin “The Atlantic”ə yazdığı analizə görə, irqçi ifadələr çıxarılandan sonra beynəlxalq arxivlər qurumu tərəfindən 2000-ci ildə yayılıb. Sözügedən tarixdə Reyqan hələ sağ olub.

Reyqanın 2004-cü ildə ölməsinin ardınca bir ABŞ məhkəməsi səs yazılarının yenidən araşdırılması istiqamətində qərar verib. Reyqanın 2004-cü ildə ölümü ilə məhrəmiyyət qayğıları da ortadan qalxıb: “Keçən il araşdırmaçı olaraq Reyqanın daxil olduğu görüşlərin yenidən incələnməsini tələb etdim. Ardınca beynəlxalq arxivlər qurumu 1971-ci ilin noyabrındakı görüşün tam versiyasını internet vasitəsilə yayıb”.

Niksonla sözügedən dövrün xarici işlər naziri arasında gedən danışıq da daha sonra ortaya çıxıb. Nikson həmin danışıq zamanı Reyqanla söhbətinə işarə edərək aşağıdakıları deyib: “Onları görüb... O əcinnələri dünən axşam televiziyada görüb. Allahım, ayaqqabı geyinmirdilər və Amerika da gedib öz taleyini bunların əlinə təslim edir”.