Respulika Partiyasından Nikol Paşinyana 12 NƏFƏR DEPUTAT SƏS VERƏCƏK

Baxış sayı:
6745

Dünən Ermənistanın Respublika Partiyasının İcra orqanında deputatlardan konkret kimlərin müxalifət lideri Nikol Paşinyana səs verəcəyi ilə bağlı məsələ partiyanın sədri Serj Sarkisyanla razılaşdırılıb və bununla əlaqədar deputatlara siyahı təqdim olunub.
 
“Jokovurd” qəzetinin iddiasına görə, Respublika Partiyasından(RP) Paşinyana baş nazir seçilməsi üçün 12 deputat səs verəcək. Paşinyana səs verəcək deputatlar RP-nın biznes qanadına və partiyasızlara məxsusdur.
Qəzetin yazdığına görə, 12 Respublikaçı deputatın Paşinyana səs verməsi bir növ xalq içərisində partiyanın sifətini qorumasına xidmət edir.
Müxalifət.az