“Respublikaçı deputatları Rusiya qorxudub” – ERMƏNİ POLİTOLOQDAN İDDİA

Baxış sayı:
6901

“Əgər Respublikaçı deputatlar baş nazirin seçilməsinə əngəl olsalar, bu, hakimiyyətin güc tətbiq etmək kimi dəyərləndiriləcək”.
 
Bu barədə politoloq Levon Şirinyan parlamentdə baş nazir seçkisinə münasibət bildirərkən deyib.
Onun fikrincə, Respublikaçı deputatlar meydanda toplanan çox sayda insanları nəzərə almalı və onun strukturunu dəyərləndirməlidirlər, çünki onların əksəriyyəti gənclərdir.
Erməni politoloq hesab edir ki, Respublikaçı deputatları ruslarla təhdid ediblər: “Dünənki sorgu da bunu göstərir. Onlar xarici kapitalın maraqlarını güdən qüvvələrdir. Xarici işlər naziri və Armen Gevorkyanın Kremlə səfəri də bu seriyadandır. Onlar öz hakimiyyətlərindən ötrü yadelliləri Ermənistana qarşı kökləyirlər, amma müvəffəq olmayacaqlar".
Müxalifət.az