"ReAl"-ın qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salındı (yenilənib)

Baxış sayı:
3784

"ReAl" və Müsavat rəhbərliyi arasındakı müzakirələrin nəticələrinə görə, "ReAl"ın qurultayının qeyri-müəyyən vaxta qədər təxirə salınması barədə qərar qəbul edilib. Bu barədə Turan-a "ReAl"ın icraçı direktoru Natiq Cəfərli bildirib.
* * *
"ReAl" hərəkatı təsis qurultayının Müsavat Partiyasının qərargah-mənzilində keçirilməsinə olan maneələri müzakirə edir.
"ReAl"ın icraçı direktoru Natiq Cəfərlinin Turan-a verdiyi məlumata görə, Müsavat Partiyasının "ReAl"ın tədbirinin keçirilməsi üçün qərargah-mənzilini verməsi ilə əlaqədar hakimiyyətin təzyiqi ilə əlaqədar Müsavat qurultay təşkilatçılarına müraciət edib.
Bununla əlaqədar "ReAl" yaxın saatlarda qərarını elan edəcək.
Bir müddət əvvəl Müsavat başqanı Arif Hacılı bildirib ki, "ReAl"ın qurultayının keçirilməsi üçün yer verilməsi qərarı qüvvədə qalır. Amma müzakirələr zamanı tərəflər məsələnin hüquqi tərəfini aydınlaşdırmaq üçün qurultayın tarixinin təxirə salınması ehtimalını qeyd ediblər.