​Ərdoğanla Putinin Soçidə GİZLİ QARABAĞ SAZİŞİ: Ərazilərin əvəzinə... - Ermənilər AÇIQLADI

Baxış sayı:
5668

Ərdoğan Putinlə İdliblə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın “lragir” saytı çıxış edib.
Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək.
“Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”, - deyə sayt yazıb.