​ƏRDOĞANLA GÖRÜŞDÜ, HƏBS EDİLDİ!

Baxış sayı:
5470

Qüds müqavimətinin simvolu olan 15 yaşlı Fevzi Cuneydi prezident R.T.Ərdoğanla görüşdüyü üçün ötən çərşənbə günü İsrail hərbçiləri tərəfindən həbs edilib. Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, atası Məhəmmədin sağlamlığındakı problemlərlə bağlı Türkiyəyə getmək üçün təyyarəyə minməyə hazırlaşarkən tutulan və elə həmin gün azadlığa buraxılan Fevzinin məhkəməyə qədər xaricə getməsi qadağan edilib.

Qüds müqaviməti zamanı da həbs edilmişdi

Fevzi ABŞ-ın Qüdsü İsrailin paytaxı elan eləməsindən sonra Fələstində başlayan Qüds müqavimətində “İsrail hərbçilərinə daş atdığı” ittihamı ilə tutulmuşdu.
Ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoyan Fevzi ona kəsilən 3 min dollarlıq cərimə cəzasının Türkiyə tərəfindən ödənilməsindən sonra dekabrın 19-da azadlığa çıxmışdı. İsrail hərbçiləri onun çiyini sındırdıqları üçün iş qabiliyyətini itirmişdi. Türkiyənin “Sabah” nəşrinə müsahibə verən Fevzi Cüneydi hərbçilərin ona qarşı pis davrandıqlarını, Ərdoğanla nə barəsində danışdığı ilə bağlı aramsız suallar verdiklərini, döyüldüyünü və may ayında keçirilməsi nəzərdə tutualn məhkəməsinin daim təxirə salıdığın və ona xaricə çıxışının tamamilə qadağan ediləcəyini dediklərini bildirib.