“Ərdoğanın təzyiqi ilə Qaşıqçı hadisəsi çözüldü” - ABŞ mətbuatı

Baxış sayı:
5401

“Vaşinqton Post” qəzeti, Camal Qaşıqçı hadisəsinin aydınlandırılmasındakı ən böyük payın prezident Ərdoğanın olduğunu yazıb.
 
Sözügedən məlumatda, Səudiyyə rəhbərliyinə ən böyük təzyiqin Türkiyənin prezidenti tərəfindən edildiyi ifadə edilib.
 
“ƏRDOĞAN SƏSSİZCƏ İZLƏMƏDİ”
 
Dünya gündəminə oturan Camal Qaşıqçı hadisəsinin Türkiyə torpaqlarında olması, gözlərin Ərdoğana çevrilməsinə səbəb olub.
Türkiyənin böhranı yaxşı idarə etdiyi ifadə edilərkən, baş verənlərdən sonra sakitcə izləmək yerinə, Səudiyyə rəhbərliyinə təzyiq edildiyi qeyd olunub.
“Vaşinqton Post”, "Heç kəs neft zəngini monarxiyaya Ərdoğan qədər təzyiq etmədi" deyə yazıb.
Müxalifət.az