Ərdoğanın əməliyyat siqnalı verdi! ABŞ-dan açıqlama gəldi

Baxış sayı:
4762

Türkiyənin prezident Ərdoğanın Fəratın şərqinə əməliyyat işarəsi verməsindən sonra Pentaqondan məsələyə dair açıqlama gəlib. ABŞ-ın Müdafiə Nazirliyi, "Suriyanın şimal-şərqində, xüsusilə də ABŞ əsgərlərinin yerləşdiyi və ya yaxınlığında olduğu regionlara yönəlik hər hansı birtərəfli addım böyük bir qayğıdır və bu cür addımları qəbul edilməz olaraq düşünürük" deyə açıqlama verib.
 
Pentaqon sözçülərindən Sean Robertson regiondakı təhlükəsizlik qayğılarına yönəlik yeganə həllin ABŞ ilə Türkiyə arasındakı koordinasiya və qarşılıqlı həmrəylik olduğunu ifadə edib.
Robertson iki ölkə arasında koordinasiya, əməkdaşlıq və həmrəylik üçün Türkiyə ilə yaxından işləməyə və Suriya Yüksək Səviyyəli İşçi Qrupunun işinə sadiq olduqlarını qeyd edib.
 
ORTAQ MƏNFƏƏTLƏRİN ALTINI OYACAQ
 
Sərhəd regionlarında təhlükəsizliyin dialoqla davam edə biləcəyini qeyd edən Robertson, “Koordinasiyasız hərb əməliyyatlar ortaq mənfəətlərin altını oyacaq” deyib.
 
TÜRKİYƏNİN SƏRHƏD TƏHLÜKƏSİZLİYİNƏ TAMAMİLƏ SADİQİK
 
Türkiyənin on illərdir əhəmiyyətli bir NATO müttəfiqi və İŞİD ilə mübarizə qlobal koalisiyasının əsas bir tərəfdaşı olduğuna diqqət çəkən sözçü, “Bir-birimizin təhlükəsizliyindən cavabdehik və Türkiyənin sərhəd təhlükəsizliyinə tamamilə sadiqik” deyib.
Robertson İŞİD ilə mübarizənin davam etdiyinə diqqət çəkərək "Koalisiya qüvvələri hazırda Orta Fərat Vadisində İŞİD-a qarşı qarşıdurmanın ortasında olan Suriya Demokratik Qüvvələri ilə yaxından işləyir" deyib.
Sözçü, "Bu həlledici mərhələdə İŞİD-ın o bölgədə nəfəs almasına icazə verməyəcəyik. Əks təqdirdə koalisiya tərəfdaşlarımızla əldə etdiyimiz təcrübələrimizi təhlükəyə atacağıq və İŞİD-ın təkrar ortaya çıxmaq riskinə yol vermiş olacağıq" deyə qeyd edib.
Eyni açıqlama ABŞ Xarici İşlər Nazirliyindən tərəfindən də verilib.
Müxalifət.az