Ərdoğanın əməliyyat mesajından sonra böyük təlaş: BAZALARI BOŞALTMAĞA BAŞLADILAR

Baxış sayı:
5608

Türkiyənin prezidenti Ərdoğanın "Fəratın şərqindəki əməliyyat bir neçə gün içində başlayacaq" mesajından sonra sərhədin digər tərəfində əhəmiyyətli gəlişmələr baş verib. Fərat çayının şərqindəki PKK / PYD terrorçuları qorxuya düşüblər.
 
ASO, PREZİDENT ERDOĞAN'DAN TƏLİMATLARA GÖZLƏYİR
 
Prezident Ərdoğanın əməliyyatla əlaqədar etdiyi çıxışdan sonra Azad Suriya Ordusu komandirləri bir yığıncaq keçirib. Fəratın şərqində təşkil ediləcək hərəkata yönəlik necə bir prosesin aparılacağına dair fikirlərini ortaya qoyan ASO komandirləri, prezident Ərdoğandan və Türk Silahlı Qüvvələrindən gələcək talimatları gözləyir.
 
ABŞ BÖLGƏDƏKİ BAZALARINI BOŞALDIR
 
Yerli mənbələrə əsaslanan xəbərə görə, ABŞ Fəratın şərqindəki  bazalarını boşaltmağa başlayıb.
Digər tərəfdən, Türkiyə ordusu zirehli texnikaları, xüsusi təyinatlı əsgərləri Suriya sərhədinə daşımağa davam edir.
Müxalifət.az