Ərdoğanın Merkelə verdiyi siyahıda kimlər var?

Baxış sayı:
5140

Türkiyənin prezidenti Ərdoğanın Almaniyadan ekstradisiyasını tələb etdiyi 136 nəfərlik siyahıda FETÖ-nun TSQ imamı Adil Öksüzün olduğu ortaya çıxıb. Almaniyada FETÖ-nun hücrə evində saxlanıldığı müəyyən edilən Öksüzlə birlikdə təşkilatın ikinci adamı Abdulla Aymaz da siyahıda yer alır. Türkiyə, Avropa Birliyi ölkələri arasında ən çox Almaniyadan terrorçuların ekstradisiyasını istəyib. FETÖ başçısı Fətullah Gülənin yaşadığı ABŞ-dan da onlarla ekstradisiya tələb edib. Sadəcə, Gülənin 7 dəfə qaytarılması tələb edilib. Ancaq buna baxmayaraq hər iki ölkə də Türkiyənin ekstradisiya tələblərinə cavab verməyib. 136 NƏFƏRLİK SİYAHI Fərari terrorçuların ekstradisiyası, ötən günlərdə ABŞ və Almaniyada görüşlər keçirən prezident Ərdoğanın da ən önəmli gündəm maddələri arasındadır. Ərdoğanın Almaniyaya 136, ABŞ-a isə 20-dən artıq şəxsin adını verdiyi bildirilib. HÜCRƏ EVİNDƏ GİZLƏNİR Almaniyaya verilən siyahıda diqqətçəkən adlar yer alır. Bunlardan biri 15 iyul dövlət çevrilişi cəhdini Akıncı bazasından idarə edən FETÖ-nun fərari TSQ imamı Adil Öksüzdür. Çevriliş cəhdinin qarşısının alınmasından sonra Akıncı bazası yaxınlığında tutulduqdan sonra məhkəmədə sərbəst buraxılan və qeyb olan Öksüzün Almaniyada olduğu iddia edilir. Öksüzün Almaniyanın paytaxtı Berlində bir hücrə evində gizləndiyi bildirilir. Almaniyaya verilən siyahıda həmçinin təşkilatın 2-ci şəxsi olaraq göstərilən Abdullah Aymaz ilə Mustafa Özcan da var. Hər iki şəxs ilə birlikdə təşkilatın beyin komandasındakı Əhməd Şahinalp, Faruk İlk, Xalid Əsəndir də bu siyahıda yer alır. Yenə 17-25 dekabr dövlət çevrilişi cəhdi ilə saxta istintaqlara imza atan keçmiş FETÖ-çu prokurorlar Zəkəriyyə Öz və Cəlal Qaranın da qaytarılması istənən şəxslərdən olduğu qeyd edilib. O GENERAL DA SİYAHIDA “Reuters” və “CNN”-ə verdiyi müsahibələrlə gündəmə gələn və Almaniyadan sığınacaq tələb edən qaçaq general Mehmet Yalınalp-ın da 136 nəfərlik siyahının içərisində olduğu müəyyən olunub. FETÖ-nun keçmiş NATO zabiti Mühitdin İstanbulluoğlu da ekstradisiya siyahısında olduğu bildirilir. Qaçaq İstanbulluoğlunun, 15 iyul gecəsi Ankaranı bombalayan F16 döyüş təyyarələrinin qalxdığı Akıncı bazasındakı 141-ci donanmanın sabiq komandirlərindən olduğu bilinir. Müxalifət.az