​Ərdoğanın əlindəki GÜCLÜ SİLAH – “Doktor Qiyamət” Trampın nədə səhv etdiyini açıqladı

Baxış sayı:
3874

Beynəlxalq birjalarda böhranların proqnozlaşdırıması və dünyada yatırımları ilə məşhur olan “Doktor Qiyamət” ləqəbli Mark Faber Türkiyəyə investisiya qoyacağını açıqlayıb.
M. Faber ABŞ prezidenti Donald Tranpın yanlış addımlar atdığına diqqət çəkib.
“Tramp xarici siyasət yürütmür, ona sataşır, buna sataşır, amma ortada heç bir diplomatiya yoxdur. Türkiyənin əlində NATO kartı var. NATO-nun Türkiyədə son dərəcə önəmli bazaları var. Uzun perspektivdə Türkiyənin əlində iki seçim mövcuddur: Avropa ilə yaxınlaşıb NATO-da qala bilər, yaxud da Şanxay Əməkdaşlıq Təşkilatına qatıla bilər. Bu, Türkiyənin Qərbi tərk etdiyinə, Rusiya və Çinlə daha çox yaxın olacağına işarədir. Bu, Ərdoğanın əlində əla bir kozırdır. Tramp bu kozırı yaxşı başa düşmür”, - deyə o bildirib.
“Doktor Qiyamət” türk hissələrinə investisiya yatıracağını bildirib: “Türk hissələri ABŞ dolları üzərində dəyərləndirilir. Hazırda almaq üçün münasibdir. Bir miqdar türk hissəsi alacam. Məncə, birjada türk hissələrinə investisiya yatırmağın vaxtıdır”.