Ərdoğanın kürəkəni Tramp ilə görüşdü: “Mesajlarımızı çatdırdıq”!

Baxış sayı:
12298

 ABŞ-da rəsmi təmaslarda olan Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ prezidenti Donald Tramp ilə görüş keçirib.
 
Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankının və G20 toplantıları üçün ABŞ-a gedən Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Ağ Evdə ABŞ prezidenti Donald Trump və Trampın kürəkəni və müşaviri Jared Kuşnerlə görüşüb.
 
“Prezidentə mesajlarımızı çatdırdıq”
 
 Albayrak “Çox müsbət bir görüş baş tutdu. Türkiyəyə qarşı hissi çox müsbətdir. 75 milyard dollarlıq ticarət həcmi üçün razılığa gəldik. Cənab prezidentə mesajlarımızı çatdırdıq, ondan da çox müsbət bir münasibət gördük, lazımi mesajları da Türkiyəyə dönəndə cənab prezidentimizə də çatdıracağıq" deyib.
Nazir Albayrak Trampın S-400 ehtiyacı məsələsində ağlabatan baxış bucağı nümayiş etdirdiyini bildirib.
Müxalifət.az