Ərdoğandan seçki haqda çox önəmli açıqlama: Mütəşəkkil cinayətkarlıq təsbit edilib

Baxış sayı:
3076

 Rusiya səfəri öncəsi hava limanında açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səslərin yenidən sayılması tələbinə dair, “Mütəşəkkil cinayətkarlığın edildiyini təsbit etmişik” deyib.
 
SUAL: AK Partiya sədrinin müavini Yavuz İstanbulda bütün səslərin sayılması üçün YSK-y müraciət edəcəklərini söyləmişdi. Bununla bağlı dəyərləndirmə ala bilərikmi?
 
“Saxtakarlıq məhdud çərçivədə deyil, bütün məntəqələrdə saxtakarlıq olub. Belə bir vəziyyət olduğu üçün bu yola müraciət edilir. Daha əvvəl də ifadə etdiyim kimi, bu işin seçki prosesi bitdi. Bundan sonrakı proses bunun məhkəmə prosesidir. Məhkəmə prosesində də bu işin hamiliyi bilirsiniz YSK-dır. Burada YSK, xalqın səsvermə haqqını dorru olaraq ortaya qoymalıdır, bu sadəcə AK Partiyaya aid bir şey deyil. Bizlər bizə könül vermiş bütün xalqımızın xüsusilə demokratik hüquqlarından istifadə etmə nöqtəsində onların hüququnu da qorumağa borcluyuq.
Bu nöqtədə biz burada mütəşəkkil bəzi cinayətlərin işləndiyini gördük, görürük. Bizlər də siyasi partiya olaraq mətəşəkkil bir cinayətin həyata keçirildiyi aşkar etmişik. Onsuz da YSK-ya gedərkən biz bu sənədlərlə, məlumatlarla getmişdik, bunun dəlil olaraq kamera qeydləri var. Bütün bu saxtakarlıqlarla bərabər, harada, necə, nə kimi pozuntular keçirilib hamısının dəlilləri var. Boş ərazidə minlərlə insanı saxta yolla qeydə alıblar. Ortada 320 - 330 minə yaxın etibarsız səs var. Əgər bunu sayılmasını istəmirsinizsə, o zaman bunun xaricində bir şey var demək ki. Hüquq çərçivəsində bunlar həllini tapmalıdır. Bizim də bunları YSK-dan gözləmək ən təbii haqqımızdır. Keçmişdə Yalovada, Ağrıda bunların nümunələri var. Dünyada buraxın şikayətləri, Amerikada 1 faiz kimi bir sıxıntılı səs miqdarı olsa, baxırsınız ki, erkən seçkiyə gedirlər orada. Və yaxud da yeni seçkilər keçirilir.
İndi 10 milyondan çox seçicinin olduğu İstanbulda qalxıb da, 13-14 min fərqlə bir seçki qazandım havasına kimsənin girməyə də haqqı yoxdur. Çünki İstanbulda bu işin çox daha rahat olması üçün burada həqiqətən bütün qanuni olaraq müraciət edilməsi lazımlı ünvan Rayon, Vilayət Seçki Komissiyası, ən son  isə YSK-dır. Bu etirazlar bitər, çıxan nəticə də başımız gözümüz üstünədir, deyərik. Məsələ bu qədər bəsitdir”
Müxalifət.az