Ərdoğandan S-400 və Patriot açıqlaması

Baxış sayı:
6709

Türkiyə prezidenti Ərdoğan “ABŞ-ın “S-400-lərdən əl çəkmədən Patriot ala bilməzsiniz” tezisini necə qiymətləndirərsiniz” sualını cavablandırıb.
 
“S-400-lə bağlı Rusiya ilə müqavilə bağladıq, ona görə də geri addım atmağımız söz mövzusu deyil. Bu iş bitdi. Patriot məsələsinə gəldikdə, biz Patriotu da almağa hazırıq. Ancaq bu, ölkəmizin maraqlarına xidmət etməlidir. Bunun üçün birgə istehsal, kredit və ilkin təhvil məsələləri əhəmiyyət daşıyır. ABŞ rəhbərliyi tez təhvil məsələsinə müsbət yanaşsa da, birgə istehsal və kredit məsələlərinə bir şey demirlər. Biz bu ilin iyul ayında S-400-ün təhvili ilə bağlı verilmiş söz üzərindən işlərimizi davam etdiririk”.
Müxalifət.az