Ərdoğandan “S-400” və “İdlib” açıqlaması - "GERI ADDIM..."

Baxış sayı:
11188

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 və İdlib gərginliyinə münasibət bildirib:
 
“İdlibə yönəliki hörmətli Putin və Tramp ilə bu məsələni danışdıq. Məlum koridor üzərində marağı olan hər ölkə ilə danışıqları davam etdiririk. Bundan sonrakı müddətdə də davam edəcək. Trampın bir İngiltərə səyahəti var. Biz yenə onunla bu yöndə danışarıq. Lazım olsa, hörmətli Putinlə də danışarıq. Xahişimiz bu varil bombalarıyla edilən hücumlardır, xüsusilə mülki əhali üzərində sınanması kədərlidir. Xahişimiz bir an əvvəl burada sülhü, sakitliyi təmin etməkdir.
 
S-400 MÜZAKİRƏSİ: GERİ ADDIM SÖZ MÖVZUSU DEYİL
 
Bizim atdığımız addım bəllidir. Bizim icra etdiyimiz bir razılaşma var. Buradan geri addım atmaq kimi bir şey söz mövzusu deyil. Biz ABŞ-a bununla bağlı təklifimizi də etdik. “İşçi qrupu yaradaq” dedik. “Patriot da verin” dedik. Amma şərtləri də Rusiya qədər müsbət olmalıdır, dedik.
Müsbət olsa, Patriotlar mövzusunda da addım ata bilərik. Amma ABŞ tərəfindən təəssüf ki, S-400 kimi müsbət bir təklif gəlmədi. Türkiyə olaraq mənfəətlərimizi düşünərək addımlarımızı atacağıq”.

Müxalifət.az