Ərdoğandan Rza Zərrabla bağlı açıqlama

Baxış sayı:
3727

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycandan qayıdan zaman təyyarədə səfərini müşayiət edən mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Ərdoğan, ABŞ-da  Nyu-Yorak şəhərində restoranda bir qadınla görünən Rza Zərrab olayına da münasibət bildirib.
 
Ərdoğanın Zərrabla bağlı verilən suala verdiyi cavab:
 
ZƏRRABIN BAŞQA QANDALLARI VAR
 
-Rza Zərrabın Nyu-Yorkda məşhur bir restoranda yemək yeyərkən görünməsi, sonra bu məhkəməni yaxından təqib edən Amerikalı hüquqşünasların sərbəst qalmasının qanunca mümkün olmadığını demələrini necə qiymətləndirirsiniz?
 
“Demək ki, o hüquqşünaslar bu işi yaxşı bilmir, çünki yanındakı xanım onun vəkilidir. Azad olmasının mümkün olmadığı söyləndi.
Əlbəttə ki, mümkün deyil, mümkün olarmı? Bir tərəfdən elə deyirlər, belə deyirlər, qandallıdır deyirlər, amma demək ki, orada bu əmrlərin başqa qandalları da var”.
Müxalifət.az