Ərdoğandan önəmli AFRİN AÇIQLAMASI

Baxış sayı:
3691

Son günlər Əsəd rejiminin PKK/YPG terrorçuları ilə danışıqlar aparmasının nəticəsi olaraq rejim ordusunun Afrin mərkəzinə girəcəyi məsələsi gündəmi məşğul edib.
 
Afrin üzərində çirkli planların qurulması Türk ordusunun “Zeytun Budağı” hərəkatının uğurlarını qəbul etməyən düşmən qüvvələrin fəaliyyəti ilə bağlıdır. Bəllidir ki, bütün oyunların başında məhz Türkiyə ordusunu “dayandırmaq” durur. Çünki Türkiyə ordusunun hədəfinə çatması bütün düşmən niyyətlərin regiondakı mövqelərini sarsıdacaq ki, bu da Türkiyəyə təsir imkanlarını yox edəcək. Ayrıca Türkiyə Ordusu Afrin mərkəzinə girmədən dayandırılmasa, bundan sonra əməliyyatın Menbiç və İraq sərhədlərinədək bütün Fərat çayının şərqini əhatə edəcəyini bilirlər. O baxımdan, “Əsəd ordusunun Afrinə girmə” oyununu ortalığa atmaqla, “Zeytun Budağı” hərəkatı prosesini hədəfinə çatmadan dayandırmaq və Türkiyənin əl-qolunu bağlamaq istəyirlər.
Bütün bu oyunların fərqinə varan Türkiyə hakimiyyəti diplomatik danışıqlarla bərabər, meydanda qətiyyətli davranışını da sürdürməyə davam edir. Bu yöndə bu gün prezident Ərdoğanın Afrinlə bağlı açıqlaması çox əhəmiyyət daşıyır. Dövlət başçısı Ərdoğan, Afrin şəhər mərkəzinin yaxın günlərdə tamamilə mühasirəyə alınacağını bildirib. Ərdoğanın bu açıqlaması bir daha göstərir ki, Türkiyə Ordusu hədəfinə çatmadan dayanmayacaq. Ayrıca bu açıqlama çirkli oyuları quranlara da bir mesaj olaraq dəyərləndirilməlidir. Çünki bu mesaj Əsəd rejimi başda olmaqla, bir çoxlarına çəkindirici rol oynayacağı düşünülür. Əks təqdirdə, bu mesajı düzgün dəyərləndirməyənlər Osmanlı yumruğu nu dadmaq məcburiyyəti ilə üzləşəcəklər. Çünki mesaj çox açıqdır..
Müxalifət.az