Ərdoğandan məsciddəki qətlianla bağlı sərt xəbərdarlıq

Baxış sayı:
7306

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məscidə təşkil olunan terror hücumuna sərt münasibət bildirib. Ərdoğan məsciddəki qətliamla bağlı “İslam düşmənliyi bu hücumla fərdi təcavüz xəttini keçərək kütləvi qətliam səviyyəsinə çatmışdır. Əgər dərhal önləm alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçınılmaz olacaq” deyə xristian dünyasına sərt xəbərdarlıq edib.
Müxalifət.az