Ərdoğandan Lavrova SİLLƏ KİMİ CAVAB

Baxış sayı:
7291

Türkiyə prezidenti Ərdoğan, Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrinin nəzarətinin Əsəd rejiminə verilməsi ilə əlaqədar sözlərinə cavab verib. Ərdoğan "Biz hazırda Afrini kimə verəcəyimizi çox yaxşı bilirik” deyib.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  “Lavrovun  yanaşması çox səhvdir. Biz hazırda Afrini kimə verəcəyimizi çox yaxşı bilirik. Suriyada hazırda başqa ölkələrin nəzarət altında saxladığı yerlərin Suriyaya təslim edilməsindən danışılsın. “Oraları rejim özü verdi” sözləri bizi qane etmir. Biz yeri gəldiyi zaman Afrini, Afrinlilerin özünə şəxsən təslim edərik. Amma bunun vaxtını müəyyən etmək bizə məxsusdur, ona da biz qərar verəcəyik, daha Lavrov deyil" deyib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında "Ərdoğan, Türkiyənin Afrini işğal etmək istədiyini heç vaxt demədi. Rusiya Türkiyədən bölgənin nəzarətini Suriya hökumətinə verməsini gözləyir" demişdi.
Müxalifət.az