Ərdoğandan bəzi hərbçilərə sərt sözlər: QORXAQSINIZ

Baxış sayı:
6724

Ak Partiyanın qrup yığıncağında çıxış edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, TSQ-dən təqaüdə çıxmış bəzi şəxslərlə əlaqədar çox sərt fikirlər bildirib.
 
Ərdoğan Türkiyənin terrorla mübarizə edərkən terrorun arxasındakı güclərlə də nə qədər güclü olduqlarına baxmadan mübarizə etdiyini ifadə edərək "önümüzün bağlı olduğunu zənn etdiyimiz yerlərdə necə açıldığını görəcəksiniz. Bu vaxta qədər belə oldu" deyib.
Bir zamanlar TSQ-də əmr mövqelərində olmuş bəzi şəxslərə işarə edən Ərdoğan, bu şəxslərin Türkiyənin mübarizəsini tənqid etməklə yetinmədiyini, müxtəlif yerlərə bir sıra məxfi məlumatları sızdırdıqlarını söyləyib:
“Amma biz terrora qarşı bu mübarizəni verərkən, daha əvvəl yenə Silahlı Qüvvələrin içərisindən gəlmiş olan bəziləri də, o məsuliyyət mövqelərində olan bəziləri də baxırsınız ki, bu ölkədəki o milli və yerli olmaqdan uzaq strukturlarla, oralara özlərinə görə bəzi məlumatları ötürürlər. Və edilən işlərin səhv olduğuna varıncaya qədər bəzi şeyləri söyləyirlər. Yazırlar çəkirlər vs...
 
"SİZ QORXAQSINIZ, QORXAQ!"
 
Siz qorxaqsınız qorxaq! Heç bir zaman siz bu millətin əsgərinin şanına yaraşar bir komandan olmadınız! Ola bilmədiniz! Və Türkiyə düşmənlərinin də üzərinə getmədiniz, gedə bilmədiniz”!
Müxalifət.az