Ərdoğandan ABŞ sualına cavab! QƏBUL EDİLƏ BİLMƏZ

Baxış sayı:
3334

Türkiyə prezidenti Ərdoğan ABŞ ilə son dövrdə davam edən danışıqlarla bağlı olaraq "Biz ABŞ-ın bizlərlə danışdıqları ilə ərazidə apardıqları arasında bir harmoniya olmasını arzulayırıq. Söylənilənlər ilə edilənlərin fərqli olması ilə əlbəttə ki, barışmaq mümkün deyil və qəbul edilə bilməz". deyib.
 
Sual: Menbiç ilə bağlı qavrayış əməliyyatı həyata keçirilir, xüsusilə də sərhəd şəhərlərində. Münbiçə müdaxilə etsək ciddi müqavimətlə qarşılaşacağımız, bunun yalnız PYD-YPG olmayacağı, ABŞ və Avropanın da Türkiyəyə mane olmaq üçün hazırlıq gördüyü ifadə edilir. Necə qiymətləndirirsiniz?
 
 Cavab: “Bizim Menbiç mövzusundakı mövqeyimiz əvvəldən bəri dəqiqdir. Orada terror təşkilatı olmamalıdır. Menbiçin əsl sahibi kimdir? Ərəblər. Oranın əsas sakinləri arasında Ərəblərin faizi 90- 95 civarındadır. Amma bu insanlar oradan çıxarıldı. İndi oranın əsas sakinləri olan Ərəb tayfaları, oranı qorumaq barədə qərarlıdırlar. Biz Menbiçin əsil sakinlərinə təslim edilməsi lazım olduğunu müdafiə edirik. Dünən olduğu kimi, bu gün də bunu müdafiə edirik. Bunu Reks Tillersona da dedik. Menbiç, Menbiçlilerin olmalıdır”.
Müxalifət.az