​Ərdoğandan ABŞ-a: Özü çalıb, özü oynayır...

Baxış sayı:
4369

ABŞ-ın Qüdsü paytaxt elan etməsi və səfirliyin köçürülməsi qərarının bizim üçün əhəmiyyəti yoxdur.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizdə bir söz var. “Özü çalar, özü oynayar”. Bunu BMT-də gördük. 128 ölkə ABŞ-ın qarşısında dik dayandı. ABŞ isə bu səsvermədən qəsəbəni xatırladan 8 ölkə ilə çətinliklə çıxa bildi. Heç bir zaman güc haqlı olmaq demək deyildir. Haqq güclüdür. Qüdslə bağlı dayandığımız yerdən əsla güzəştə getməyəcəyik. Qüds Fələstinin paytaxtıdır və bunu onsuz da elan etmişik”, - Ərdoğan bildirib.