Ərdoğandan Abdulla Gülün quracağı yeni partiya ilə bağlı açıqlama

Baxış sayı:
7600

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünən təşkil edilən partiyasının qrup yığıncağında siyasət kulislərində danışılan "yeni partiya iddiaları" haqqında fikir bildirib.
 
Ərdoğanın yeni partiya iddiaları ilə əlaqədar etdiyi açıqlama bu şəkildədir:
"Baxırsınız bəziləri də fərqli səylərə cəhd edirlər, guya bu güclü qurumu zəiflətməyi düşünürlər. Bu partiyada bir şeylər qoparacağını zənn edənlər keçmişdə də bu cür yollara müraciət etdilər, hətta bəziləri qrup qura biləcək nöqtəyə belə gəldilər. Amma onlardan bu anda heç bir şey qalmadı. Hamısı getdi, siyasət səhnəsindən silindilər. Bu andakı ana müxalifətin başındakı şəxsin qarşısında əyilənlərdir. Haradan hara? Şəxsiyyət, şəxsiyyət çox əhəmiyyətli bir şeydir. Bir insan, xüsusilə də Müsəlman, bütün yaradılanların əşrəfi olaraq yaradılmışların ən şərəflisinə layiq olmalıdır, bunu qorumalıdır".
Müxalifət.az